Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Bir dünya təbəssüm, bir dünya işıq”başlığı altında səhərcik  keçirilib

01.06.2022

Gəncə Regional Mədəniyyət  İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş kitabxana sisteminin 1 saylı filiialı  Cəfər Cabbarlı adına  məktəblə birlikdə  1 iyun Uşaqların Beynəlxalq  Müdafiəsi Günü  ilə əlaqədar   “Bir dünya təbəssüm, bir dünya işıq”başlığı altında səhərcik  keçirdi. Tədbiri giriş sözü ilə məktəbin tərbiyə işləri üzrə direktor müavini Nigar Qafarova  açdı. İlk öncə Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. İyunun biri  Uşaqların  Beynəlxalq  müdafiəsi günü kimi tarixə düşüb. Dünyanın hər yerində olduğu kimi  vətənimiz Azəbaycanda da  bu gün qeyd olunur. 1 saylı kitabxananın müdiri  Məlikova Züleyxa   bu gün münasibətilə uşaqları təbrik etdi. O, qeyd etdi ki, “Uşaq   qığıltısından təntənəli himn yoxdur”. Uşaqlar  gözəl gələcəyə açılan qapıların pəncərəsidir. 44 günlük müharibədə atalarının üzünü görməyən körpələrimiz  doğuldu. Qoy bu körpələr   güvənc  yerimiz, qürur mənbəyimiz olsun. 6 saylı məktəbin direktoru  Vəfa Abbasova öz çıxışında bu gün münasibətilə  uşaqları təbrik etdi, bütün yer üzündə  uşaqların xoşbəxt, firavan, qayğısız, bütün uşaqlara aydın səma altında yaşamaqlarını arzuladı.  Məktəbin şagirləri öz çıxışları ilə hər kəsi  heyran etdilər.  Onlar şeirlər söylədilər, mahnılar oxudular, bir neçə dövlətin, o cümlədən İspan, Özbək, Hind,  Çin , Rusiya və təbii ki, öz milli rəqslərimiz  ilə  tədbir iştirakçılarında xoş təəssüratlar yaratdılar. Tədbir xoş təəssüratla sona yetdi.

 

114.8 KB

 

123.5 KB